Avropanın ən iri enerji şirkətlərindən biri olan Norveçin “Equinor” kompaniyası rekord məbləğdə illik gəlir əldə etdiyini açıqlayıb.
2022-ci ildə dünyada enerji daşıyıcılarının qiymətlərinin artması fonunda şirkətin gəlirləri üç dəfədən də çox artaraq bir il əvvəlki 10 milyard dollardan 28,7 milyard dollara qalxıb. Bununla yanaşı, “Equinor”un satışları da 66 faiz artaraq 150,8 milyard dollar təşkil edib.
“Equinor” özünün britaniyalı rəqibləri “Shell” və BP, həmçinin amerikalı “ExxonMobil” və “Chevron” kimi, gəlirlərini Ukraynadakı müharibə nəticəsində artırıb. Belə ki, Rusiyadan təbii qazın Avropaya nəqlinin dayandırılması ötən il qiymətlərin rekord səviyyəyə qalxmasına səbəb olub. “Equinor” şirkətinin lider olduğu Norveç isə Avropada ən böyük qaz tədarükçüsünə çevrilib.
Gəlirlərin rekord səviyyədə artması Norveç şirkətinə imkan verəcək ki, öz səhmdarları ilə münasibətlərdə daha səxavətli olsun. Şirkət dividendlərin ödənilməsi və səhmlərin alınmasına 17 milyard dollar yönəltməyi planlaşdırır.
“Equinor”, həmçinin bəyan edib ki, cari ildə neft-qaz hasilatının 3 faiz artırılması istiqamətində işlərə 10-11 milyard dollar sərmayə qoyacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…