Norveç hökuməti Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına 150 milyon kron (təqribən 14,4 milyon ABŞ dolları) yardım ayırır.
Krallıq hökumətinin qərarı ilə BMT, Qızıl Xaç və regionda fəaliyyət göstərən Norveçin əsas humanitar təşkilatlarına həm Türkiyədə, həm də Suriyada zəlzələdən zərər çəkmiş bölgələrdə apardıqları işlərə dəstək vermək məqsədilə 150 milyon kron maliyyə vəsaiti ayrılır.
Bununla yanaşı, Norveç yaranan böhranın koordinasiyasına töhfə vermək üçün regiona dörd nəfərdən ibarət xüsusi ekspert qrupu yönəldəcək.
Məsələ ilə bağlı çıxış edən Norveçin Baş naziri Yonas Qar Styore bildirib ki, qışın soyuğunda yaranmış fövqəladə vəziyyət kritikdir.
Norveçin xarici işlər naziri Anniken Huitfeldt deyib: “Bu böyük faciədir və artıq bəllidir ki, həm Türkiyədə, həm də Suriyada humanitar ehtiyaclar çox böyükdür. Yaranmış vəziyyət çoxları üçün çıxılmazdır. Bizim ayırdığımız vəsait zəlzələdən zərərçəkənlərə yardıma gedir. Zəlzələnin miqyasını nəzərə alaraq, biz əlavə dəstək göstərməyi nəzərdən keçirəcəyik”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…