Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə martın 18-də keçiriləcək test imtahanına qeydiyyat aparılır.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib. Qeyd olunub ki, BB qrupu üzrə test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı bu gün başa çatıb və 208 nəfər qeydiyyatdan keçib. AB, AC, BA qrupları üzrə isə qeydiyyat martın 16-sı saat 11:00-da yekunlaşacaq. Bu günə olan məlumata görə, AB, AC, BA qrupları üzrə 83 nəfər qeydiyyatdan keçib.
Xatırladaq ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanında aşağıda qeyd edilən kateqoriya üzrə şəxslər iştirak edə bilərlər:
– Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq;
– “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan və daha yüksək inzibati vəzifənin tutulmasına iddia edən dövlət qulluqçuları.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…