Türkiyənin Ali Seçki Şurası (MSK) qarşıdakı prezident seçkiləri üçün səsvermə bülletenlərində namizədlərin adlarının yer alacağı sıranın müəyyən edilməsi üzrə püşkatma keçirib.
Anadolu agentliyi xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı bülletendə birinci yazılacaq. İkinci yerdə Məmləkət Partiyasının sədri Muharrem İncenin, üçüncü yerdə Millət İttifaqının namizədi və Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlunun, dördüncü – sonuncu sırada isə Ata İttifaqının namizədi Sinan Oğanın adı qeyd olunacaq.
Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Əgər prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu baş tutacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…