Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən cari ilin yanvar-iyul aylarında əlilliyi olan 8 min 379 şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Həmin şəxslərdən 987 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər təşkil edib. Bu barədə Azərtac-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, bu dövrdə əlilliyi olan şəxslər ümumilikdə 20 min 501 protez-ortopedik məmulat və reabilitasiya vasitəsilə təmin ediliblər. Onlardan 1034 ədədi əlil arabası, 646 ədədi aşağı və yuxarı ətraf protezi, 781 ədədi aşağı və yuxarı ətraf ortezi, 1750 ədədi dirsəkaltı və qoltuqaltı ağac, 578 ədədi dördayaqlı dayaq vasitəsi, 489 ədədi bel və boyun nahiyəsi üçün korset olub. Həmçinin 386 ədəd eşitmə aparatı, 1675 ədəd əsa, 1967 cüt protez ayaqqabı, 2 min 602 cüt ortopedik ayaqqabı, 5 min 467 ədəd müxtəlif yardımçı reabilitasiya vasitəsi və s. onların istifadəsinə verilib. Bununla yanaşı, əlilliyi olan şəxslərə məxsus 557 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatın təmiri işləri aparılıb. Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində ötən yeddi ayda əlilliyi olan 431 şəxsə müvafiq xidmətlər göstərilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…