Avropa İttifaqı Şurası Ukraynanın Avropa İttifaqına ixracatında daha bir il, yəni 2024-cü ilin iyun ayına qədər bütün rüsumların, kvotaların və ticarətin müdafiə edilməsi tədbirlərinin dayandırılması müddətini uzadan qərar qəbul edib. Bu barədə Aİ Şurasının mətbuat xidməti xəbər verir.
Qərar giriş qiymətləri sisteminin şamil edildiyi meyvə və tərəvəzlərin ixracı və tarif kvotalarının şamil olunduğu kənd təsərrüfatı məhsulları və emal olunmuş aqrar məhsullara aiddir.
Məlumatda deyilir: “Bu tədbirləri bərpa edərək, Aİ hələ də Rusiyanın səbəbsiz və əsassız hərbi təcavüzü ilə üzləşən Ukraynaya güclü siyasi və iqtisadi dəstəyini nümayiş etdirməyə davam edir”.
Bu tədbirlərin Ukraynaya Aİ ilə ticarət münasibətlərinin sabitliyini qoruyub saxlamaqda və çox çətin şəraitdə iqtisadiyyatı dəstəkləməkdə kömək edəcəyi gözlənilir.
Aİ Şurası əlavə edir ki, qərar əhəmiyyətli dərəcədə hərbi, maliyyə və humanitar dəstəklə birlikdə Ukraynaya uzunmüddətli bərpa prosesində yardımın göstərilməsində həlledici əhəmiyyət kəsb edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…