Ukrayna Hərtərəfli və Proqressiv Trans-Sakit Okean Tərəfdaşlığı Sazişinə (CPPTA) qoşulmaq üçün müraciət edib. Bu barədə cümə günü jurnalistlərə Yaponiyanın iqtisadi bərpa naziri Şiqeyuki Qoto bildirib.
“Ukrayna tərəfdaşlığa qoşulmaq üçün müraciət edib. Ehtimal olunur ki, müraciətə iyulun 16-da Yeni Zelandiyada keçiriləcək assosiasiyaya aid ölkələrin nazirlərinin görüşündə baxılacaq”, – deyə məlumatda qeyd olunur.
Eyni iclasda Çin və Tayvandan gələn müraciətlərə də baxılacaq.
Xatırladaq ki, Trans-Sakit Okean Tərəfdaşlığı üzrə ilkin razılaşma yeddi illik danışıqlardan sonra 2016-cı il fevralın 6-da Yeni Zelandiyada bağlanıb.
Sənədi 12 dövlətin – Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur, ABŞ, Çili və Yaponiyanın nümayəndələri imzalayıblar.
Lakin keçmiş ABŞ-ın sabiq Prezidenti Donald Tramp vəzifəyə gəldikdən dərhal sonra ölkəsinin təşkilatdan çıxdığını elan edib.
Nəticədə, qalan 11 dövlət azad ticarət zonasının yaradılmasına dair yeni sənəd – Trans-Sakit Okean Tərəfdaşlığı üzrə Hərtərəfli və Proqressiv Saziş imzalayıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…