Özbəkistanda prezident seçkilərinin nəticələri yüksək qiymətləndirilib

11 İyul 2023 20:19

Xəbər 246 dəfə oxunub

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bəyan edib ki, iyulun 9-da Özbəkistanda keçirilən prezident seçkiləri bu ölkədə demokratiyanın inkişafı baxımından mühüm addım olub.Təşkilatın Baş katibliyi  xəbər verir ki, İƏT-in bəyanatında deyilir: “Özbəkistan Respublikası hökumətinin dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) müşahidə missiyası bu ölkədə keçirilmiş prezident seçkilərində iştirak edib. Missiyaya təşkilatın Afrika ölkələri üzrə direktoru, səfir Boubakar Adamou rəhbərlik edib. İƏT-in Özbəkistandakı prezident seçkilərini müşahidə etməsi təşkilatın Nizamnaməsinə, İƏT Seçki Müşahidəçilərinin Davranış Kodeksinə və 2005-ci il Beynəlxalq Seçki Müşahidəsinin Prinsipləri Bəyannaməsinə uyğun olaraq üzv dövlətlərdə demokratiya və yaxşı idarəçiliyi təşviq etmək üzrə davamlı səylər çərçivəsində həyata keçirilib. İƏT-in müşahidəçiləri Özbəkistan xalqının öz səsvermə hüquqlarını dinc şəraitdə həyata keçirməsi baxımından səsvermə prosesinin yaxşı təşkil olunduğunu qeyd ediblər. Beynəlxalq müşahidəçilərin mətbuat üçün keçirdiyi brifinqdə İƏT-in missiyasının rəhbəri seçkilərin dinc şəraitdə keçirilməsindən məmnunluğunu ifadə edib və təşkilatın Baş katibinin Özbəkistan xalqına və ölkədə davam edən demokratik prosesə, dəyərlərə və sosial-iqtisadi inkişafa sadiqliyinə görə 87,05 faiz səslə yenidən seçilən prezident Şavkat Mirziyoyevə təbriklərini çatdırıb”.

Bəyanatın sonunda qeyd edilib ki, İƏT demokratiyanın möhkəmləndirilməsi, yaxşı idarəetmə, sosial-iqtisadi inkişaf və insan hüquqlarının təşviqi istiqamətində təşkilatın mühüm və fəal üzv dövləti olan Özbəkistan Respublikasının göstərdiyi səylərə dəstək vermək öhdəliyini bir daha təsdiq edir.xeber100.com

 

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42