Olimpiya Oyunlarına görə Braziliyaya getmək istəyənlər hətta qızılca kimi xəstəliklərə qarşı bütün zəruri peyvəndləri etdirməlidirlər. Azərtac BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu, Dünya Səhiyyə Təşkilatının (DST) tövsiyəsidir. Zika virusuna gəlincə, bu virus ana bətnindəki körpə üçün xüsusilə təhlükəlidir. Buna görə də hamilə qadınların səfərlərdən çəkinməsi məsləhət görülür. Bəs Rio-de-Janeyroya getmək istəyənlər yoluxmadan necə qoruna bilərlər? Dünya Səhiyyə Təşkilatının nümayəndəsi Nika Aleksander deyib: “Braziliyaya gedənlər özlərini ağcaqanadın sancmasından qorumalıdırlar. Hazırda Braziliyada qış fəslidir, hava şəraiti Kanadadakı kimi sərt olmasa da, ağcaqanadlar üçün yetərincə soyuqdur. Bununla belə, biz ağcaqanad əleyhinə vasitələrdən istifadə etməyi, bədənin açıq sahələrini maksimum örtmək üçün uzun paltar geyinməyi tövsiyə edirik”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…