Alimlərin tövsiyəsinə əsasən, ömrü uzatmaq üçün gündə heç olmasa yarım saat sevimli ədəbiyyatın mütaliəsinə vaxt ayırmaq lazımdır. Kitabsevərlər mütaliə sevgisi hesabına ömürlərini iki il uzadırlar. Yel Universitetinin alimləri bu qənaətə gəliblər. Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, təcrübədə yaşı 50-dən yuxarı üç min beş yüz nəfər iştirak edib. Onları mütaliəyə sərf etdikləri vaxtın müddətinə görə fərqlənən üç qrupa ayırıblar. Birinci qrupa mütaliəyə həftədə 3,5 saatdan çox, ikinciyə 3,5 saatdan az vaxt ayıran adamlar daxil olub. Üçüncü qrupdakı adamlarda kitab oxuma vərdişi olmayıb. Tədqiqatçılar əldə olunan məlumatları təhlil edərək bu nəticəyə gəliblər ki, oxu zamanı qazanılan informasiya insanın əhval-ruhiyyəsinə və onun yaşadığı illərin sayına nəzərəçarpacaq dərəcədə təsir edir. Həm də sağlamlıq üçün qəzet və ya jurnal yox, bədii kitablar daha dəyərlidir. Alimlərin fikrincə, kitabsevərlər mütaliəni bəyənməyən adamlardan orta hesabla 23 ay çox yaşayırlar. Ekspertlər əmindirlər ki, uzunömürlülər siyahısına əlavə olunmaq üçün insan sevimli kitablarına gündə azı yarım saat vaxt ayırmalıdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…