Avropa İttifaqı Macarıstanın mümkün vetosundan yayınmaq üçün Ukraynaya büdcədənkənar fondlar hesabına təcili maliyyə yardımı ayırmaq imkanını nəzərdən keçirir.
“Financial Times” qəzeti xəbər verir ki, müzakirələrlə tanış olan ekspertlərin sözlərinə görə, Avropa İttifaqının diplomatları 26 üzv ölkə ilə potensial maliyyə paketinin mümkünlüyü və texniki təfərrüatları ilə bağlı şəxsi təmaslar aparır. Bu, Kiyevi ən azı bir il fövqəladə maliyyə ilə təmin etməlidir.
Avropa Komissiyası, həmçinin 2027-ci ilədək Rusiyanın dondurulan aktivlərinin yenidən investisiya edilməsi ilə əldə olunan gəlir hesabına Kiyevə dəstək üçün istifadə oluna biləcək təxminən 15 milyard avro vəsait toplamaq niyyətindədir.
Qeyd edək ki, bir müddət öncə Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının dekabrın 14-15-də keçiriləcək sammitində Kiyevə 50 milyard avro həcmində maliyyə yardımı təklifinə mane olacağını bildirib. Onun sözlərinə görə, Brüssel Macarıstanın vetosundan yan keçmək üçün mümkün yollar axtarır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…