Seneqal parlamenti prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib.
Al Jazeera telekanalı xəbər verir ki, 165 yerlik parlamentdə 105 deputat seçkilərin təxirə salınmasının lehinə səs verib. Seneqalın hazırkı prezidenti Makki Sall həmin vaxtadək hakimiyyətdə qalacaq. Telekanal səsvermənin xaotik keçdiyini, müxalifəti təmsil edən bəzi deputatların iclas zalından çıxarıldığını və asayişi bərpa etmək üçün təhlükəsizlik qüvvələrinin cəlb edildiyini bildirir.
Dövlət başçısı Makki Sallın prezident seçkilərinin qeyri-müəyyən müddətədək təxirə salınması barədə qərarı ictimaiyyətin narazılığına səbəb olub. Ölkənin paytaxtı Dakarda müxalifətçilərlə polis arasında qarşıdurma yaşanıb. Təhlükəsizlik qüvvələri hadisə yerindən canlı yayım edən özəl televiziya kanallarından birini efirdən çıxarıb. Həmçinin ölkədə internetə çıxış məhdudlaşdırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…