Noyabrın 1-də Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək. Açılış mərasimində ümumilikdə 79 dövlətin rəsmi nümayəndə heyətləri, o cümlədən 39 ölkənin dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək.
Tədbirin keçiriləcəyi Gizada muzeyin ətrafındakı küçələr möhtəşəm hadisəyə hazır vəziyyətinə gətirilib. Açılış mərasimində iştirak edəcək ölkələrin bayraqları Misir bayrağı ilə yanaşı yolboyu dalğalanır. Gizada piramidalardan cəmi iki kilometrlik məsafədə yerləşən Böyük Misir Muzeyinin təməli 2002-ci ildə qoyulub. Muzeyin ümumi sahəsi 500 min kvadrat metrə yaxındır. Mədəniyyət müəssisəsində 100 mindən çox tarixi və arxeoloji eksponat saxlanılır. Tarixdə ilk dəfə olaraq firon Tutanxamonun kolleksiyası burada tam şəkildə nümayiş olunur. Misir il ərzində muzeyə 5 milyon ziyarətçinin gələcəyini gözləyir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…