ABŞ telekommunikasiya sektoruna yeni məhdudiyyətlər tətbiq edərsə, Çin buna qarşı zəruri cavab tədbirləri görəcək. Bu barədə Çin Xalq Respublikası (ÇXR) Ticarət Nazirliyinin bəyanatında bildirilib. Pekin Vaşinqtonu belə səhv təcrübələrdən dərhal əl çəkməyə, bazar qaydalarına hörmətlə yanaşmağa və müvafiq qərarları ləğv etməyə çağırıb. Nazirlik vurğulayıb ki, ABŞ Federal Rabitə Komissiyası texnoloji neytrallıq prinsipindən üz çevirir və milli təhlükəsizlik konsepsiyasından sui-istifadə edir. ÇXR-in iddiasına görə, yeni tədbirlər qlobal elektronika bazarında təchizat zəncirlərinin sabitliyini poza bilər.
Qeyd edək ki, bir müddət öncə ABŞ-nin tənzimləyici qurumu Birləşmiş Ştatlarla qarşılıqlı tanınma sazişi olmayan dövlətlərin test və sertifikatlaşdırma qurumlarının ölkə ərazisində fəaliyyətinə icazə verilmədiyi barədə yeni qaydaları açıqlayıb. Sənəd, həmçinin “qara siyahı”ya salınan qurumların ABŞ ərazisində telekommunikasiya xidmətləri göstərmək hüququnu da ləğv edir.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…