“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə “Nar bağlarının effektiv idarə edilməsi və gənclərin bu istiqamətdə bacarıqlarının artırılması” adlı layihənin icrasına başlayıb. Təşkilatın sədri Əzizağa Atakişiyev Azərtac-a bildirib ki, layihənin əsas məqsədi təsərrüfat sahiblərinə nar məhsulu istehsalı üçün səciyyəvi olan ehtiyacları müəyyənləşdirmək və nar bağlarının aqrotexniki qaydada düzgün idarə edilməsi üçün 30 nəfər gəncin bilik və bacarıqlarını artırmaqdır. Layihə çərçivəsində nar bağlarının effektiv idarə edilməsinə kömək məqsədilə xüsusi modul hazırlanacaq və regionda bu sahədə kadr inkişafına dəstək olmaq üçün maraqlı tərəflərlə əməkdaşlıq ediləcək. Xüsusilə layihənin icrası zamanı Göyçay regional kənd təsərrüfatı idarəsi, Göyçay peşə liseyi və Göyçay Regional Peşə Tədris Mərkəzi ilə yaxından əməkdaşlıq ediləcək. Təşkil olunacaq təlimlərin sonunda istehsal müəssisələrinə və nar bağlarına öyrənmə səfərlərinin təşkil edilməsi nəzərdə tutulur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…