Müştərilərinə daim innovativ həllər və faydalı imkanlar təqdim edən “ABB” metro istifadəçiləri üçün yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində Mastercard Tam DigiCard sahibləri metro keçidlərində “Apple Pay” və ya “Google Pay” vasitəsilə etdikləri hər 5-ci ödənişə görə 100 faiz keşbek qazanacaqlar. Hər beşinci tranzaksiyadan sonra keşbek məbləği avtomatik olaraq istifadəçinin hesabına qaytarılır. Kampaniya müddətində hər bir istifadəçi maksimum 6 dəfə 100 faiz keşbek əldə edə bilər.
Mastercard Tam DigiCard sahibi deyilsinizsə, kartı ABB mobile tətbiqi üzərindən sifariş edib, qısa müddətdə aktivləşdirə və dərhal “Apple Pay” və ya “Google Pay”ə əlavə edərək kampaniyadan yararlana bilərsiniz. Aksiya dekabrın 10-dək qüvvədədir.
Onu da qeyd edək ki, “ABB”nin digər kart məhsulları ilə də metroda ödəniş etmək artıq mümkündür. Bu yenilik müştərilərə gündəlik gediş-gəlişdə daha geniş seçim imkanı verir, keçid prosesini sürətləndirir və nağdsız ödənişlərin rahatlığını artırır. İstifadəçilər uyğun cihazlarında “Apple Pay” və ya “Google Pay” vasitəsilə kartlarını əlavə edib metro turniketlərindən sürətli və təhlükəsiz keçidi təmin edə bilərlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…