Ağ ev qələbəsini bayram edir: dekabrın 4-də ABŞ Ali Məhkəməsi Donald Trampın immiqrasiya fərmanının tam qüvvəyə minə biləcəyi barədə qərar çıxarıb.Euronews telekanalı xəbər verir ki, fərmanın üçüncü versiyasını (o, cəmi üç ay fəaliyyət göstərən əvvəlki qadağanı əvəzləməyə yönəlib) qismən məhdudlaşdıran qərarın ləğv edilməsi barədə Trampın iddiası təmin olunub.Fərman 6 ölkənin – İran, Yəmən, Liviya, Suriya, Somali və Çadın Amerika ərazisində ailə bağlılığı olmayan vətəndaşlarının ABŞ-a daxil olmasını qadağan edir. Tramp, həmçinin sentyabr ayında ayrıca olaraq Şimali Koreya vətəndaşlarının və Venesuela məmurlarının ölkəyə girişinə qadağa qoyub.Məhkəmənin qərarı müvəqqəti xarakter daşıyır. O, həm ABŞ-da, həm də digər ölkələrdə etiraz dalğaları doğuran fərmana qarşı iddialara baxılanadək qüvvədə qalacaq. Etirazçılar hökuməti diskriminasiya və islamofobiyada ittiham edirlər. Ağ ev isə öz növbəsində siyahı tərtib olunan zaman yalnız bir parametrin – bu və ya digər ölkələrin milli təhlükəsizliyə təhdidinin nəzərə alındığını bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…