Avropa məkanında hazırda hər kəsi düşündürən əsas məsələ ayrı-ayrı ölkələrdəki sabitlik faktorudur və bu baxımdan Azərbaycan daha cəlbedici ölkə kimi qəbul olunur. Həm də enerji layihələrində daha yaxşı alternativlər tapmaq ideyaları o qədər də uğur qazanmadı və Azərbaycanla əməkdaşlığın əhəmiyyəti artmış oldu. Sadəcə, bu qurumun Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ məsələsinə dəqiq və aydın münasibətinin olmaması əlaqələrin dərinləşmə ehtimalını xeyli azaldır. Bütün hallarda münasibətlərin inkişafı hər iki tərəfin faydasınadır və hər iki tərəf də bunun fərqindədir.
Avropa İttifaqının maraqları Azərbaycanda referendum və ya seçki məsələlərinə indeksli deyil. Avropa Birliyini hazırda narahat edən məsələ enerji təchizatında Rusiyadan asılılıqdan necə qurtumaqdır. Bu baxımdan da həmin rəyin münasibətlərin məcrasını dəyişəcək qədər təsirli olacağını düşünmürəm. Bir müddət əvvəl ABŞ-da Azərbaycanla bağlı dinləmələr keçirildi. Belə müzakirələrlə bağlı həm iqtidar, həm də müxalifət təmsilçilərinin fərqli mövqeyi var. ABŞ Azərbaycanla bağlı illərdir ki, dinləmələr keçirilir. Ancaq hələ də ABŞ-ın Azərbaycan kimi ölkələri normal dinlədiyinin şahidi olmamışam. Bu cür dinləmələr, hansısa maraqların təmin olunması üçün bir manevr kimi düşünülür. Ancaq Azərbaycan tərəfinin ABŞ-ın maraqları ilə bağlı əslində maksimumları və minimumları bəllidir. Əgər bu cür dinləmələrdə ABŞ Azərbaycandan demokratiya tələb edirsə, bunun açılışı verilməlidir ki, bu, Liviyaya, Misirə, İraqa və ya Suriyaya vəd olunan demokratiyaların hansındandır? Ona görə də nə Azərbaycan iqtidarı, nə də müxalifəti o qədər sadəlövh deyil ki, bu cür dinləmələrin nəticəvi hissəsinə ciddi yanaşsın. Azərbaycanda bu cür dinləmələrə deyil, onun arxasında duran korporativ maraqlara diqqət yetirilir və bunun üzərində baş sındırılır. Ümumilikdə isə, ABŞ-ın prinsipsiz xarici siyasəti indiki məqamda Azərbaycanın faydasına ola biləcək qərarların qəbuluna ümid vəd etmir. Azərbaycan və digər sovet şinelindən çıxmış ölkələr haçan Rusiyadan uzaqlaşmışdı ki, indi də yaxınlaşsın? Biz Rusiyanın hüquq qanunlarının təsiri altında olmasaq da, cazibə qanunundan kənarda qala bilməmişik. Ukrayna da, Orta Asiya da, Qafqaz ölkələri də belədir. Burada əsas səbəb ABŞ-ın bölgə ilə bağlı siyasətinin qeyri-müəyyənliyidir. Rusiya ilə yaxınlaşmamız dünyanın siyasət okeanında baş verən fırtınalarla əlaqəlidir, bizim kimi kiçik gəmilərdə üzən dövlətlər, hansısa ”Titanik”lərin yaxınlığında fırtınanın keçməsini gözləmək məcburiyyətindədir. Rusiyanın kobud üslubu var, ancaq yaxşı və ya pis xarakterini açıq ortaya qoyan ölkədir, yəni nə istədiyini və nə verə biləcəyini aydınlaşdırmaq çətin deyil. ABŞ isə artıq dostluğu ilə düşmənçiliyi bəlli olmayan bir nəhəngə çevrilib. Türkiyə kimi ən yaxın müttəfiqini Suriyada Rusiya ilə birgə hərbi iməcilik keçirməyə vadar edən bir ölkənin Azərbaycana hansı sürprizlər hazırlayacağı təqribən aydın olur. Liviya, Suriya, İraq göz önündədir, o zaman Azərbaycanın öz qonşuları ilə sabit münasibətlər qurmaqdan başqa yolu qalırmı? Bununla belə, ABŞ-la da, Avropa Birliyi ilə də qırıcı üslubdan uzaq durmalıyıq. Çünki bu fırtınada bir təhlükə yaranarsa, heç Rusiyanın xilasediciləri də köməyimizə gəlməyəcək.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…