“Facebook” kompaniyası ABŞ-da keçiriləcək prezident seçkilərində səsvermə üzrə informasiya mərkəzi yaradacağını elan edib.Kompaniyanın məlumatında deyilir. “Biz milyonlarla insana səsvermə prosesi barədə düzgün məlumat təqdim edəcək, həmçinin seçici qismində qeydiyyatdan keçməyə və səs verməyə yardımçı olacaq yeni informasiya mərkəzi yaradırıq”, – deyə bəyanatda qeyd edilir.Azərtac kompaniyanın bəyanatına istinadla xəbər verir ki, layihənin məqsədi ABŞ-da noyabrın 3-də keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ərəfəsində “Facebook” və “Instagram” sosial şəbəkələrindən istifadə edən 4 milyona yaxın amerikalıya seçici qismində qeydiyyatdan keçməyə yardımçı olmaqdır. Bəyanatda bir çox ştatın seçki prosesinə dəyişikliklər etdiyi pandemiya şəraitində səsvermə barədə informasiyanın daha vacib olduğu vurğulanır.Qeyd edək ki, “Facebook” rəhbərliyi son illər ABŞ hakimiyyəti və Amerika ictimaiyyəti tərəfindən sərt tənqidə məruz qalır. Kompaniyanın administrasiyası əsasən zərərli informasiyanın yayılmasına qarşı tədbirlər görməməkdə ittiham olunur. Həmçinin onun sosial şəbəkə vasitəsilə 2016-cı ildə ABŞ-da keçirilən seçkiöncəsi mübarizəyə təsir göstərildiyi iddia edilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…