ABŞ-ın Nyu-York ştatının hakimiyyət orqanları ictimai istifadə üçün nəzərdə tutulan avtomobil yollarında pilotsuz avtomobillərin sınaqları üçün ərizələrin qəbuluna başlayıb.Interfax informasiya agentliyi xəbər verir ki, ştatın qubernatoru Endryu Kuomonun sözlərinə görə, bu bənd ABŞ-da oktyabrın 1-dən başlayacaq 2018-ci maliyyə ilinin büdcəsinə daxil edilib. Proqramın bir il müddətində qüvvədə olacağı bildirilir.Ərizədə göstərilən və sınaqlara buraxılan avtomobillərin hər biri 5 milyon dollar məbləğində sığorta olunmalıdır. Testlərin keçirildiyi müddətdə sürücü oturacağında sürücülük vəsiqəsi olan pilot əyləşəcək.Həmçinin pilotsuz nəqliyyat vasitələrinin istehsalçı kompaniyalarından sınaqlara nəzarət edəcək polislərin xərclərini ödəmək tələb olunur. Nyu-York ştatının polis idarəsinin rəsmi saytında dərc olunan məlumata görə, bir saatlıq müşayiət xərci 55,86 dollardır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…