ABŞ-da rüsumlar tətbiq edilərsə, Avropa dərhal buna münasibət bildirəcək.Azərtac xəbər verir ki, Avropa İttifaqının iqtisadiyyat və maliyyə məsələləri üzrə komissarı Pyer Moskovisi bu fikirləri Fransanın BFM-TV telekanalına bu gün verdiyi müsahibədə söyləyib.Əgər metallurqların məhsullarına Tramp tərəfindən anons edilmiş rüsumlar qüvvəyə minərsə, Avropa İttifaqı özünün sərəncamında olan cavab tədbirlərinin “bütöv arsenalı”ndan istifadə etməyə hazırdır. Belə mümkün tədbirlər sırasına ABŞ-dan idxal edilən sitrus meyvələri, tütün və viski üçün rüsumlar tətbiq edilməsi daxildir.Trampın elan etdiyi rüsumlar Almaniya iqtisadiyyatı üçün ciddi təhlükə mənbəyidir. Məsələn, Almaniyada poladtökmə sənayesi sahəsində yaradılmış on minlərlə iş yerinin bir hissəsi zərbə altına düşə bilər.Avropa İttifaqı ölkələrindən avtomobil idxalı üçün rüsumların tətbiq edilməsi imkanı da iqtisadiyyat üçün ciddi problemlər yaradacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…