ABŞ federal hökumətinin rəsmi dövlət borcu 19 trilyon dolları keçib.
Rusiya mətbuatı xəbər verir ki, bu rəqəm ölkə ÜDM-nin 103%-nə bərabərdir. Borcun 13,7 trilyon dolları şirkətlər və mülki şəxslərə məxsusdur. 5,3 trilyon isə hökumətin Federal ehtiyat sistemi qarşısında olan borcudur.
Barak Obamanın dövründə ABŞ dövlətinin borcları demək olar iki dəfə artıb. 7 ildə 8 trilyon dollar. Eyni dinamika Corc Buşun prezidentliyi dövründə də müşahidə olunub. 2015-ci ilin 2 noyabrında Obama hökumətin borclarının artırılmasına razılıq verib. Gözlənilir ki, 2017-ci ildə ABŞ-ın dövlət borcları 20 trilyon dolları keçəcək.
Keçən ilin iyulunda Respublikaçılar partiyasının üzvü senator Ron Pol getdikcə şişən ABŞ büdcəsi ilə bağlı tədbir görməyə çağırmışdı. Əks halda ölkə iqtisadiyyatı Yunanıstanın gününə düşə bilər.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…