Birləşmiş Ştatların 2020-ci il üzrə gündəlik xam neft istehsalına dair proqnoz azaldılıb.Azərtac ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, bu il Birləşmiş Ştatların neft hasilatının gündəlik 11,39 milyon barrel olacağı nəzərdə tutulur. Əvvəlki proqnoz isə 11,45 milyon barrel idi.Avqustda sutkada 10,6 milyon barrelə düşən ABŞ-ın neft istehsalının noyabrda 11,2 milyon barrelə qədər artacağı gözlənilir. 2020-ci ildə hasilat 2019-cu illə müqayisədə gündəlik 860 min barrel azalacaq.Gələn il isə ABŞ-da neft hasilatının gündəlik 11,1 milyon barrelə düşəcəyi nəzərdə tutulur.Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…