Birləşmiş Ştatların xam neft ehtiyatları azalıb.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 700 min barrel (0,1 faiz) azalaraq 531,5 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 4,1 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 4,6 milyon barrel çoxalmışdı. Beləliklə də ABŞ-ın xam ehtiyatları 15 həftəlik artımdan sonra ilk dəfə azalıb.ABŞ-ın strateji neft ehtiyatları isə 1,9 milyon barrel (0,3 faiz) artaraq 639,8 milyon barrel olub.Ölkənin benzin ehtiyatları hesabat həftəsində 3,5 milyon barrel (1,4 faiz) azalaraq 252,9 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 2,2 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,2 milyon barrel azalmışdı.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…