ABŞ-ın hipermarketlər şəbəkəsi olan “Walmart” e-ticarət şirkəti “Jet.com”u 3,3 milyard dollara satın almaq barədə razılığa gəlib. Azərtac xəbər verir ki, “Walmart”dan edilən şərhdə hər iki şirkətin rəhbər qurumlarının təsdiqlədiyi razılaşma çərçivəsində “Walmart” “Jet.com”a 3 milyard dollar nağd pul və 300 milyon dollar dəyərində səhm verəcək. Analitiklər bu alğı-satqı müqaviləsini “Walmart”ın e-ticarət nəhəngi “Amazon”un internet və mobil tətbiqlərlə reallaşdırdığı satış həcminə çatmaq və bazarda daha rəqabətli ola bilmək üçün mühüm addım kimi qiymətləndirirlər. “Walmart” keçən il 428 milyard dollar gəlir əldə edib. Bunun 14 milyard dollarlıq hissəsi internet və mobil tətbiqlərdən edilən satışlardan gəlib. E-ticarət nəhəngi “Amazon”un keçənilki gəliri isə 107 milyard dollar olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…