ABŞ-ın “Time” jurnalı yazır…

1 Sentyabr 2018 22:03

Xəbər 718 dəfə oxunub

ABŞ-da nəşr olunan “Time” jurnalı dünyada əm görməli yerlərin siyahısını açıqlayıb.Milli.az bildirir ki, bunlardan biri ABŞ-ın Florida ştatında yerləşən “Pandora” parkıdır. 2017-ci ildə açılan park “Avatar” filmində heyran qaldığımız, ovsunlayan parıltılı meşələr kimi düzəldilib. Bu parkda gəzinti sizi “Avatar” filminin içində hiss etdirəcək.Görülməli yerlərdən biri Cənubi Koreyanın paytaxtı Seulda yerləşən “Seoullo 7017” adlı parkdır. Parkda 200 müxtəlif yerli ağac, bitki və çiçək növü var. Bu park göydə olan bağçanı canlandırır. Eyni zamanda burada Cənubi Koreyanın təbii irsi nümayiş etdirilir. “Seoullo 7017” həftənin 7 günü 24 saat ərzində xalqa açıqdır.Cənubi Afrika Respublikasında “Zeitz” Afrika Müasir İncəsənət Muzeyi dünyada Afrika müasir incəsənət əsərlərinə ayrılmış ən böyük muzeydir. 9 mərtəbədən ibarət olan muzey bütövlükdə 9500 kvadratmetr sahəni əhatə edir.Səudiyyə Ərəbistanında Kral Abdulaziz Dünya Mədəniyyət Mərkəzi dünyanın görməli yerlərindən biridir. 10 ildir tikintisi davam edən Kral Abdulaziz Dünya Mədəniyyət Mərkəzində kitabxana, muzey, sərgi və kino salonları və s. yerləşir. Kompleksin mərkəzində ucalan monolit bir qüllə var.Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Roma İmperiyasının tanrısı “Mithra” adına inşa edilmiş yeraltı məbəd görməli yerlərdən biridir. Bura qısa bir müddət əvvəl geniş rekonstruksiya işləri tamamlandıqdan sonra əhalinin ziyarətinə açılıb.Vyetnamda “Ba Na” təpələri üzərində qurulan qızıl körpü ölkənin son dövrdəki ən populyar məkanı halına gəlməyi bacardı. Körpü fantastik əsərləri xatırladır. 150 metrlik qızıl körpüyə gələn ziyarətçi sayının 1.5 milyon nəfəri aşması gözlənilir. 2 milyard dollara inşa edilib. Qızıl körpünün ən cəlbedici xüsusiyyətlərindən biri də dəniz səviyyəsindən 1400 metr yüksəklikdə olmasıdır.xeber100.com

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42