Yerli KİV-lərin məlumatına əsasən, ABŞ konqresi sabiq prezidentlərin pensiyalarının azaldılması haqqında qanunu təsdiqləyib.Interfax informasiya agentliyi xəbər verir ki, amerikalı qanunvericilərin fikrincə, hazırda ABŞ administrasiyasının sabiq başçılarının dövlət tərəfindən maliyyə dəstəyinə ehtiyacı yoxdur. Onlar yazdıqları kitablardan, həmçinin ictimaiyyət qarşısında çıxışlardan milyonlarla dollar qazana bilərlər.“Hill” nəşri xatırladır ki, eks-prezidentlərin altırəqəmli ədədlə ifadə olunan pensiyalarının miqdarı, habelə onların xidmət personalına əməkhaqqı verilməsi və digər məsrəflərinin ödənilməsi barədə qanun 1958-ci ildə qəbul olunub. Konqresmenlər hesab edirlər ki, artıq buna lüzum qalmayıb.2017-ci ildə ABŞ-ın sabiq prezidentlərinə ödənilən ümumi məbləğ amerikalı vergi ödəyicilərinə 2,84 milyon dollara başa gəlib.Yeni qanuna əsasən, sabiq prezidentlərin təqaüdlərinin illik həcmi 200 min dollara qədər, digər məsrəfləri üçün ayrılan məbləğ isə 500 min dollaradək azaldılacaq. Bununla yanaşı, qanun 10 il ərzində bu məbləğin tədricən ixtisar edilərək 250 min dollara endirilməsini nəzərdə tutur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…