Vaşinqtonda ətraf mühit mühafizəçilərinin “Xalq iqlim yürüşü” keçirilib.Təxminən 15 min nəfərin iştirak etdiyi yürüşün təşkilatçıları ictimaiyyətin diqqətini iqlim dəyişikliyi ilə əlaqədar problemlərə və bu sahədə Donald Tramp administrasiyasının qeyri-adekvat siyasətinə yönəltməyə çalışıblar. Yürüşdə akademik dairələrin üzvləri, alimlər, dini qrupların nümayəndələri, həmkarlar ittifaqı təşkilatlarının əməkdaşları və sadə amerikalılar iştirak ediblər.Kapitoli binasının yanından başlanan yürüş Ağ Evin qarşısında başa çatıb və burada Prezident Donald Trampın siyasətinə qarşı etiraz aksiyası keçirilib. Nümayişçilər yanacaq hasilatı ilə bağlı Donald Trampın siyasətinə və onun qlobal istiləşməyə etinasız münasibətinə qarşı çıxış ediblər. Yürüş ərəfəsində ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi elan edib ki, o, öz saytını yenidən qurmağa başlayıb və iqlim dəyişikliyi haqqında elmə həsr edilmiş, hazırda “yenidən baxılır” yazılmış bölməni yığışdırmaq niyyətindədir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…