ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi Fətullah Gülənin ekstradisiyasını tələb edən sənədin rəsmi Ankaradan Vaşinqtona daxil olduğunu təsdiqləyib. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, hazırda ABŞ-ın Ədliyyə Nazirliyi sənədi öyrənir: “Esktradisiya məsələsinə hüquqi müstəvidə baxılır və biz bu prosesə hörmətlə yanaşacağıq”. Bununla yanaşı, qurum rəsmisi bildirib ki, hazırda F. Gülənin Türkiyəyə ekstradisiyası məsələsi ilə bağlı “hadisələr hər hansı istiqamətdə inkişaf etmir”. C. Kirbi F. Gülənin ABŞ-dan qaçması ilə bağlı yayılan söz-söhbətlərə də münasibət bildirib: “Bu məsələ Dövlət Departamentinin deyil, Ədliyyə Nazirliyi və hüquq-mühafizə orqanlarının nəzarətindədir. Bundan başqa heç nə deyə bilmərəm”. Maraqlıdır ki, Ədliyyə Nazirliyinin rəsmi nümayəndəsi Piter Karr da F. Gülənin ölkədən qaçıb-qaçmaması ilə bağlı sualı cavabsız qoyub: “Türkiyənin Ədliyyə Nazirliyi Gülənin ekstradisiyası ilə bağlı sənədi bizə təqdim edib və biz sənədin təhlili ilə məşğuluq”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…