Yanvar-iyul aylarında ABŞ Rusiya gübrələrinin alışını rekord səviyyəyə – 944 milyon dollara çatdırıb. Bu barədə “RİA Novosti” məlumat yayıb.
Əvvəlki ən yüksək göstərici keçən il, yeddi ay ərzində alışların dəyəri 900 milyon dollara çatanda qeydə alınıb. Bu il ixracın dəyəri 5 % artıb.
Eyni zamanda, iyulda alışlar iyun ayı ilə müqayisədə üç dəfə, illik ifadədə isə, demək olar, 40 % azalaraq 54,4 milyon dollar təşkil edib. Bu, 2021-ci ilin avqustundan bəri minimumdur.
Rusiya bu il ABŞ-nin ikinci ən böyük gübrə tədarükçüsü olub. Birinci yerdə yeddi ayda 2,8 milyard dollar dəyərində gübrə tədarük edən Kanadadır. İlk beşliyə həmçinin Səudiyyə Ərəbistanı (484,4 milyon dollar), İsrail (216 milyon dollar) və Qətər (214,2 milyon dollar) daxildir.
Ümumilikdə, ABŞ bu ilin yanvar-iyul aylarında gübrə idxalını 22 % azaldaraq 6 milyard dollara çatdırıb. Eyni zamanda, bu kateqoriya üzrə amerikan ixracı da 36 % azalaraq 3,4 milyard dollara düşüb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…