ABŞ Rusiyaya qarşı sanksiyaların tətbiqinə başlayıb

27 Avqust 2018 08:28

Xəbər 741 dəfə oxunub

ABŞ mart ayında Solsberi şəhərində baş verən insidentlə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiqinə başlayıb.Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Dövlət Departamenti yeni sanksiyalar barədə sənədi hələ keçən həftə dərc edib və sanksiyalar avqustun 27-də səhər saatlarında qüvvəyə minib.Bu, Solsberi hadisəsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən ilk sanksiyalardır. Sənədə hərbi sahədə bəzi məhdudiyyətlər (silah, ikili təyinatlı məhsulların və texnologiyaların, milli təhlükəsizlik baxımından “həssas” texnologiyaların satışı), həmçinin 1961-ci il “Xarici yardım barədə” qanun çərçivəsində Moskvaya göstərilən xarici köməyə (humanitar yardım, ərzaq və kənd təsərrüfatı məhsullarının çatdırılması istisna olmaqla) qadağalar daxildir.Bundan başqa, yeni sanksiya paketi çərçivəsində ABŞ Rusiyaya istənilən krediti verməkdən də imtina edəcək.Eyni zamanda, sanksiyalar ölkələrin kosmosdakı əməkdaşlığına şamil olunmayacaq.Qeyd edək ki, ABŞ-ın Dövlət Departamenti Rusiyaya qarşı iki sanksiya paketi tətbiq etmək niyyətindədir. Onlardan biri avqust ayının ortalarında, digəri isə noyabr ayında qüvvəyə minməli idi. Daha “ağrılı” olacaq ikinci paket diplomatik münasibətlərin azaldılması, Rusiyanın “Aeroflot” dövlət kompaniyasının ABŞ-a uçuşlarının qadağan olunması, həmçinin ixrac və idxalın demək olar ki, tamamilə dayandırılması ilə nəticələnə bilər.Sanksiyalar Rusiyanın gələcəkdə kimyəvi silahdan istifadə etməyəcəyinə zəmanət verməyəcəyi və BMT tərəfindən “lokal yoxlamalara” razı olmayacağı təqdirdə reallaşa bilər.Bir qədər əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ın tətbiq etdiyi sanksiyalara adekvat cavab veriləcəyini bildirmişdi.xeber100.com

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42