ABŞ tennisçi Fransa açıq çempionatından imtina edib

1 Oktyabr 2020 11:24

Xəbər 574 dəfə oxunub

ABŞ tennisçi Serena Vilyams Fransa açıq çempionatından (“Roland Garros”) imtina edib.Azərtac xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat verib. Otuz doqquz yaşlı idmançının turnirdən kənarlaşdırılmasına səbəb onun zədələnməsi olub. Qeyd edilib ki, tennisçi “Roland Garros”dan əvvəl reabilitasiya keçsə də, yarışa tam hazır olduğuna əmin deyil.Amerikalı iki həftə əvvəl “US Open”in yarımfinalında zədələnib.Tennisçi Qadın Tennis Birliyinin (WTA) reytinqində doqquzuncu yerdədir, təşkilatın himayəsi altında keçirilən 73 turnirin qalibidir. O, “Böyük dəbilqə”də fərdi yarışda 23 qələbə qazanıb.Serena Vlyams üç dəfə “Roland Garros”un qalibi olub, bir dəfə finalda məğlub olub. Amerikalı tennis ustası dördqat Olimpiya çempionudur.xeber100.com