ABŞ-ın xəstəliklərin nəzarəti və profilaktikası mərkəzləri (CDC) ictimai nəqliyyatda tibbi maska taxılmasının məcburi olması barədə qərar qəbul edib.Azərtac Reuters agentliyinə istinadla xəbər verir ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədi daşıyan qərar bazar ertəsi günü gecə saatlarında qüvvəyə minəcək. Amerikalılar fevralın 1-də yerli vaxtla saat 23:59-dan etibarən ictimai nəqliyyatda, o cümlədən təyyarə və qatarlarda, avtobuslarda və metroda, taksi və gəmilərdə maska taxmalı olacaqlar. Bu məcburiyyət Birləşmiş Ştatlara gələn, həmçinin ölkədən çıxmaq üzrə olan sərnişinlərə də şamil edilir.ABŞ COVID-19 virusundan ən çox əziyyət çəkən ölkədir. Cons Hopkins Universitetinin bu günə olan məlumatına görə, ABŞ-da 26 milyona yaxın yoluxma halı aşkarlanıb, 436,8 minə qədər insan həyatını itirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…