Belçikanın paytaxtı Brüsseldə Şimali Atlantika Alyansının mənzil-qərargahında NATO-Rusiya Şurasının iclası başlayıb.TASS agentliyi xəbər verir ki, görüşdə ABŞ və Rusiya arasında təhlükəsizlik zəmanəti üzrə yanvarın 9-10-da Cenevrə şəhərində keçirilən danışıqlar davam etdiriləcək. Tədbirin təxminən üç saat davam edəcəyi gözlənilir. Yanvarın 13-də isə ATƏT-in Vyana platformasında məsləhətləşmələr baş tutacaq.Xatırladaq ki, dekabr ayında Rusiya ABŞ və NATO-nun təhlükəsizlik zəmanətləri ilə bağlı iki “müqavilə” layihəsini dərc edib. Moskva alyansın şərqə doğru genişlənməməsini, Ukraynanın bloka qoşulmamasını və keçmiş sovet respublikaları ərazisində hərbi bazaların yaradılmamasını istəyir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…