Bu gün Stokholmda ABŞ ilə Şimali Koreya arasında danışıqlar başlanacaq.Azərtac İsveç KİV-lərinə istinadla xəbər verir ki, ABŞ və Şimali Koreya hökumətləri oktyabrın 5-də Stokholmda Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsinə dair danışıqlara başlamaq niyyətindədirlər.Bu günlərdə ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqunu və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndələrini İsveç Xarici İşlər Nazirliyinin binası yanında görüblər. Şimali Koreya nümayəndə heyətinə bu ölkənin Vyetnamdakı keçmiş səfiri Kim Men Gil rəhbərlik edir. O, nüvəsizləşdirmə məsələsi üzrə danışıq aparanların rəhbəri təyin edilib.Xatırladaq ki, ABŞ və Şimali Koreya liderləri, habelə iki ölkənin səlahiyyətli nümayəndələri arasında əvvəlki görüşlərdə Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində ciddi irəliləyiş əldə edilməyib. Bununla belə, müəyyən razılaşmalar əldə edilib və danışıqları davam etdirmək qərara alınıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…