“Abşeron” klubunun baş məşqçisi müəyyənləşib

15 Avqust 2017 11:30

Xəbər 687 dəfə oxunub

Qadın voleybolçulardan ibarət “Abşeron” klubunun baş məşqçisi müəyyənləşib.Azərtac xəbər verir ki, Azərbaycan Super Liqasında debüt edəcək komandanı Eldar Yusubov çalışdıracaq.Təcrübəli mütəxəssis “Abşeron”la birillik müqaviləyə imza atıb. Onunla növbəti mövsümlər üçün razılaşmanın müddətinin artırılacağı da istisna olunmur. “Rabitə” ilə 5 dəfə Azərbaycan çempionu olan E.Yusubovun qarşısına əsas məqsəd kimi gənc nəslin yetişdirilməsi vəzifəsi qoyulub. O, həmçinin komandasının uğurlu çıxışına cavabdehlik daşıyacaq.xeber100.com