Ağdaş rayon Mərkəzi Kitabxana Sistemi (MKS) Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə təşəbbüsü ilə keçirilən “Açıq kitabxana” layihəsinə qoşularaq Heydər Əliyev parkında tədbir təşkil edib. Azərtac xəbər verir ki, “Açıq kitabxana” tədbirini rayon mədəniyyət və turizm şöbəsinin müdiri Tahir Əliyev açaraq yeni layihənin əhəmiyyətindən danışıb, belə tədbirlərin kitabxanalarda oxucu sayının artmasına stimul verəcəyini qeyd edib. MKS-nın direktoru Seyfəddin Feyzullayev çıxış edərək, müasir dövrdə gənclərin mütaliədən və kitabdan uzaq düşməməsi üçün kitabxanaların daha məsuliyyətlə işləməli olduğunu, belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini nəzərə çatdırıb. Tədbirdə 30-a yaxın yeni oxucu kitabxanaya üzv yazılıb. Layihə çərçivəsində 13 və 68 saylı şəhər filial kitabxanaları və Maşad, Şıxlı kənd kitabxanaları da tədbirlər keçiriblər. Oxucu sayının artırılması üçün rayonda belə tədbirlərin davam etdiriləcəyi bildirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…