Açıq ölkə çempionatı keçiriləcək

3 Fevral 2017 11:52

Xəbər 841 dəfə oxunub

Fevralın 4-5-də Qusarda buzadırmanma üzrə açıq ölkə çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, yarışda 16 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Çempionat ölkəmizdə ekstremal idman növlərini inkişaf etdirmək, gəncləri bu idman növlərinə cəlb etmək, beynəlxalq yarışlarda iştirak edəcək yığma komandanın formalaşması məqsədi daşıyır.Yarış çətinlik və sürət növü üzrə Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyasının qaydalarına əsasən keçiriləcək.xeber100.com