Azərbaycan Dövlət Pedaqoji Universitetində Bakı şəhərinin ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib.ADPU-dan Azərtac-a bildiriblər ki, görüşün keçirilməsinin məqsədi universitetdə təşkili nəzərdə tutulan “Açıq qapı günü”nün vaxtını, forma və məzmununu müəyyən etmək, eləcə də əməkdaşlıq əlaqələri ilə bağlı fikir mübadiləsi aparmaq olub.Görüşdə çıxış edənlər müəllimlərin bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, informasiya-kommunikasiya texnologiyaları sahəsində bacarıqlarının artırılması, müasir tələblərə cavab verən yeni dərsliklərin yazılması, pedaqoji təcrübənin səmərəli təşkili, şagirdlərin elmi araşdırmalara cəlb edilməsi ilə bağlı fikir və təkliflərini bildiriblər.Sonda aprelin 15-də ADPU-da “Açıq qapı günü” keçirilməsi qərara alınıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…