ADA Universiteti ölkədəki ali təhsil məktəbləri arasında fəaliyyətində ilk dəfə olaraq “Asan İmza” mobil elektron imza xidmətini tətbiq edib. ADA-dan Azərtac-a bildiriblər ki, cari tədris ilində magistr pilləsinə qəbul olmuş tələbələrin ali məktəbə qəbulunun rəsmiləşdirilməsi ilk dəfə elektron qaydada – “ADA Asan İmza” portalında aparılıb. Portal “Asan İmza”ya kömək məqsədilə yaradılıb. “Asan İmza” qeydiyyatın elektronlaşdırılması prosesinin sürətli təşkilinə, həmçinin gələcəkdə universitetdaxili tədris prosesində innovativ texnologiyaların tətbiqi ilə yeni imkanların yaradılmasına yol açır. “ADA Asan İmza” portalı Universitetin mövcud və gələcək elektron xidmətlərinin cəmləşəcəyi vahid elektron məkanı təmsil edir. “B.EST Solutions” şirkətinin ADA Universiteti üçün hazırladığı portalda hazırda qəbulun onlayn qeydiyyatı və “şərəf andı”nın imzalanması elektron xidmətləri yer alır. Portalın sisteminə yalnız sözügedən ali təhsil ocağının magistr pilləsinə yeni qəbul edilən tələbələr və universitetin müvafiq səlahiyyətli şəxsləri daxil ola bilərlər. Sistemə daxil olmaq üçün “Asan İmza” mobil elektron imzanın mövcudluğu tələb olunur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…