“ADA” Universitetinin nəzdində fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) Məsələləri üzrə Bilik Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin bir qrup əməkdaşı Brüsseldə səfərdə olub.Universitetdən Azərtac-a bildiriblər ki, səfər çərçivəsində gənc diplomatlar Avropa Parlamentində görüşlər keçirib, Aİ-nin xarici siyasətini həyata keçirən təsisatlarla tanış olub, bir sıra Avropa siyasətçiləri ilə Azərbaycan-Aİ münasibətləri barədə fikir mübadiləsi aparıblar. Avropa ölkələrinin xarici siyasətində Brüsselin rolu, lobbi fəaliyyəti, media ilə münasibətlər də səfər çərçivəsində diqqət mərkəzində olub.Səfər zamanı diplomatlar Azərbaycanın Belçika Krallığındakı səfiri və Aİ yanında daimi nümayəndəliyinin başçısı Fuad İsgəndərovla görüşüb, ölkəmizin milli maraqlarının Brüsseldə beynəlxalq gündəmə çıxarılması, respublikamızın Aİ ilə gündəlik təmaslarının qurulması barədə məlumatlandırılıblar. Onlar, həmçinin Avropa Parlamentində Aİ-nin Gürcüstan ilə viza rejiminin liberallaşdırılması barədə keçirilən debatları müşahidə ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…