Adam ümmanlığında İNSAN axtarışı

17 Aprel 2017 15:07

Xəbər 3025 dəfə oxunub

Elli şeirlərinə uzun-uzadı şərh yazmağa ehtiyac varmı?-deyə, düşündüm. Yoxdur! – dedim! Amma mənim “yoxum” heç də çoxlarının “şeirə tərcüman lazım deyil” fikrindən irəli gəlmir. Mənim inkarımdakı açıqlama bundan ibarətdir: şair anlaşıqlı bir dildə bu gün ətrafımızda baş verən, insanın ruhani boyunun artmasına əngəl olan hər bir halı, hadisəni qələmə alıb. Bəzən adama elə gəlir ki, onun yazdıqları gerçək gözün gördüyünün təhlilidir. Amma şərhə ehtiyac da var dedim, çünki içində olduğu, onu əhatə edən və bu gün uçurumun qırağına qədər gəlib, sabah dərənin dibində yaşayacaq insanın öz şəxsi taleyinə hədsiz biganəliyi (Çoxlarının öz vətənində özünü turist kimi hiss etdiyi bir dövrdə) mənə diktə etdi ki, Elli şeirlərinin əsas qayəsini azca da olsa, şərh edim. Onun dediklərini təkrarlayaraq, sözbəsöz arxasıyca düşüb getmək yox, şeirlə oxucu arasında körpü olmaq baxımından fikir yürütmək gərəkliyini duydum. Onun şeirlərində narazılıqdan doğan şikayət yoxdur. Olmayanın ola biləcəyinə inamdan yaranan İŞIQ yandırma gücü var onun şerində. Olmayanın niyə yoxdur, – deyib, şikayət edənlər, öz daxili güclərinə inam olmadığından onu ortaya çıxara biləcəklərinə güman belə bəsləmirlər. Bu səbəbdən də oxucusuna onun bildiyi və gördüyünü şikayət formasında təqdim edir, belə olanda nəinki oxucusunda olmayanı oldurmaq inamı yaranmır, əslində onun idrakında zərrə qədər də olsun yol gedib dəyişiklik yaratmır.Yazar oxucu səviyyəsindən çıxış etməməlidir, əgər ona nəsə vermək istəyirsə və həm də onu özündən yüksəyə qaldırmaq istəyirsə. Əsl yaradıcı oxucusunun ona gərək olacağı, onun axtardığı, lakin tapa bilmədiyi yönü, yolu, idealı ona təqdim etməlidir. Bunu Elli Atayurd şerində görmək olur desəm, yəqin ki, ilk mərhələdə sizi çaşdırmış olacam. Lakin siz oxucuların oxuduğunuza yaradıcı yanaşmaq eşqiniz bunu sizə kitabı oxuyarkən göstərəcək. Şeir insana nə zaman gərək ola bilər? Əlbəttə, ona nəsə verə bilərsə! Bu günkü oxucuya gərək olan nədir? O hansı sözü eşitmək istəyir? Bu yerdə səbrsiz oxucunun nə deyəcəyini güman edirəm: Bu günün oxucusunun eşitmədiyi nəsə qalıbmı? Bu cavabınızla da haqlısınız, çünki bizə hər şey deyilib, hər şey təqdim olunub – müxtəlif biçimdə və məzmunda. Amma sözün şəkillənməsi deyilən mərhələni çoxumuz keçə bilmirik. Ona görə yox ki, bizə hər şey təqdim olunub deyə, seçə bilmirik, söz ümmanlığında çıxış yolu tapa bilmirik. Məncə, əsl səbəb bundan ibarətdir: şairlərin yazdıqlarına bərabər olmamaları, yalnız yazan zaman yazdıqları ideyanın səviyyəsinə qalxa bilmələri bizdə şeiri yol saya bilməmək halı yaradıb. Yəni, oxucu qarşısında ikili ölçü olub. Əgər şeir yol göstərəndisə, bəs, niyə şair özü ideala çatmır?

Adamlar selində İnsan axtaran,

İnsana tapınıb İnam yaradan,

Bəşərin səhvini ona anlatan,

Carçılar aranır Azərbaycanda.

İnsan axtarışı, onu tapmaq eşqi şairi yola salır. Nə zaman tapacaq? Hansı məkanda tapacaq? Elli Atayurd şeirini oxuduqca beynimdən keçən ilk suallar məhz bunlar oldu. Çünki oxucunu şairin çıxdığı yoldan çox, onun əldə etmək istədiyi və əldə edib nəticə kimi oxucuya göstərdiyi daha çox maraqlandırır və qane edir. Çünki adam düşüncədə yetişdiriləndən daha çox gerçəkdə gözün gördüyünə meyilli olur. Digər bir sualsa: Niyə ona verilmişlərlə qane olmur, razılaşıb ömür karvanını sürmür?” Nədir onu olanla razı salmayan? Əlbəttə, bütün bu suallar şeir sahibinədir, onun oxucusuna yox. Çünki birinci növbədə məqsədimiz şairin kimliyini öyrənməkdən ötrü onun mənəvi dünyasına və ruhuna bələdliyimiz bu yazıda ana xətt kimi keçir. Bunu isə onun şeirləri vasitəsi ilə öyrənmək ən yaxşı vasitədir. Həm də şair öz axtarışlarını məhz şeiri ilə ortaya qoyur. Bir incəliyi də deməliyəm ki, əsl yaradıcılıq olanla razılaşmayıb, köhnəni alt-üst edib dağıtmaq və yeni nəsə ortaya qoymaqdır. Və həm də yaratdığını kamil formada ortaya çıxarmalısan ki, keçmişdə gözün qalmasın. Bəzən yaradıcının yeni yaratdığı tam olmur, çünki, orda mütləq mənada özünü ifadə edə bilmir. Bu zaman tamlıq axtarışında olan yaradıcı özü öz içində mövzunu təkrarlayır. Özünü aşkarlamaq inadı mövzu təkararı kimi oxucuya görünür, əslində yazdığı mövzuda özünü təkrarladığı ortaya çıxır. Dönə-dönə eyni mövzuda əsər yazması ilə… Səbəb bütünlüklə özünü aşkarlaya bilməməsidir. Yaradıcılıq insandan kənarda olan və ona verilən, diqtə edilən və ya bir çoxlarının dediyi kimi, nəyinsə haradansa ərmağan olunması deyil. Yaradıcılıq birmənalı şəkildə insanın özünüifadəsidir. Yaradıcının yaşadıqları və ola biləcəyi yaradıcılıq zamanı ortaya çıxır. Elli Atayurdda bütün bunlarla yanaşı, insanın olduğundan yüksəyə qalxması üçün onu öz daxili gücünə, imkanına inandırmaq cəhdi var. Və həm də bu cəhdi doğuran nədir Müəllifin öz gücünə bələdliyi ona imkan verir ki, bir düz xətt tutub onunla getsin və burda yaradıcı insanın xudbin olmaması da gerçək formada bəlli olur, onun digərlərini də öz yoluna cəlb etmək cəhdin də.Gerçəkliklə barışmamaq, olanla razılaşıb mövcud çərçivəyə özünü salmaq da yoxdur Elli Atayurd şerində. Həm də tapdığına birmənalı şəkildə “mənimkidir!” -demir. Hamının bəhrələnə biləcəyi səviyyədə nemət hesab edir, bu səbəbdən də onu dünyaya təqdim etmək cəhdindən şeir doğur.

Dünya qaranlıqda, işığa həsrət.

Yarada bilmədi insana heyrət,

Nur edər cahanı insanla əlbətt!

İnsanlıq nurlanır Azərbaycanda.

Türk inam, inancın yadlara atdı,

Özgəyə tapındı, özündən sapdı,

Yurdunda yağılar atlar oynatdı,

Ocağımdan qalan külümlə gəldim.

Təbiiki, öz yolunu təyin etmək, düz xətt tutub yola çıxmaqdan ötrü ilk növbədə yaşadığın cəmiyyətdə hökm sürən “Palaza bürün, ellə sürün!” kimi fetişləşmiş düşüncəni rədd etməlisən. Bu rədd həm də adi imtina deyil, bütöv şəkildə köhnənin üstündən adlamaq, onun sənin meyarına uyğun olmadığını etiraf etmək və yenini ortaya qoymaq gərəkdir. Həm də elə bir yeni ki, tək əvvəlkini əvəzetməsin. Əvvəlkindən üstün olsun ki, keçmişdə qalana həsrət yaranmasın.

Dövranla ayaqlaş deyən cahillər,

Bu topal dövranla necə yol gedim?

Zəmanə dostları satqın, xainlər.

Qardaşı satanla necə yol gedim?

Bu dünya köklənib pul para üstdə,

Şöhrət qəlyanına çoxları xəstə,

Bənzəmək özgəyə bir bəhsə -bəhsdə,

Soyunu dananla necə yol gedim?

Ərəb laylasında uyuyan millət,

Qərbin havasına eylədi biyət,

Özündən heç zaman etmədi söhbət,

Yada yalmananla necə yol gedim?

Bir yol var və həm də İNSANdan uzaqda olmayan, onun özündən başlanan yol. Elli şeirləri oxucusuna bu yolun başlanğıcını göstərir, sonu isə insanın özünə çatması ilə davam edir. O yola düşmək həyat eybəcərliyindən iyrənib, ürpənib, həyatdan imtina eşqi ilə başlanır.Yolu getmək adamın öz iradəsindən asılıdır, bu yol kimsənin diqtəsi ilə gedilməz. Mənzilə isə adamın özünü aldatmayacağı yalansız inamla çatılır.Elli şeiri yolun başlanğıcını və sonunu göstərir, qalansa, hər şey sizdən asılıdır, İRADƏLİ OXUCU! Sizin əlinizdə tutduğunuz bu kitabın sahibi Asif Atadan öyrəndi İNSANIN ÖZÜNÜ XİLAS YOLUNU. İndi o, bu yolu sizə təqdim edir.

Adam ümmanlığında İNSAN axtarışı

Elli şeirlərinə uzun-uzadı şərh yazmağa ehtiyac varmı?-deyə, düşündüm. Yoxdur! - dedim! Amma mənim "yoxum" heç də çoxlarının "şeirə tərcüman lazım deyil" fikrindən irəli gəlmir. Mənim inkarımdakı açıqlama bundan ibarətdir: şair anlaşıqlı bir dildə bu gün ətrafımızda baş verən, insanın ruhani boyunun artmasına əngəl olan hər bir halı, hadisəni qələmə alıb. Bəzən adama elə gəlir ki, onun yazdıqları gerçək gözün gördüyünün təhlilidir. Amma şərhə ehtiyac da var dedim, çünki içində olduğu, onu əhatə edən və bu gün uçurumun qırağına qədər gəlib, sabah dərənin dibində yaşayacaq insanın öz şəxsi taleyinə hədsiz biganəliyi (Çoxlarının öz vətənində özünü turist kimi hiss etdiyi bir dövrdə) mənə diktə etdi ki, Elli şeirlərinin əsas qayəsini azca da olsa, şərh edim. Onun dediklərini təkrarlayaraq, sözbəsöz arxasıyca düşüb getmək yox, şeirlə oxucu arasında körpü olmaq baxımından fikir yürütmək gərəkliyini duydum. Onun şeirlərində narazılıqdan doğan şikayət yoxdur. Olmayanın ola biləcəyinə inamdan yaranan İŞIQ yandırma gücü var onun şerində. Olmayanın niyə yoxdur, - deyib, şikayət edənlər, öz daxili güclərinə inam olmadığından onu ortaya çıxara biləcəklərinə güman belə bəsləmirlər. Bu səbəbdən də oxucusuna onun bildiyi və gördüyünü şikayət formasında təqdim edir, belə olanda nəinki oxucusunda olmayanı oldurmaq inamı yaranmır, əslində onun idrakında zərrə qədər də olsun yol gedib dəyişiklik yaratmır.Yazar oxucu səviyyəsindən çıxış etməməlidir, əgər ona nəsə vermək istəyirsə və həm də onu özündən yüksəyə qaldırmaq istəyirsə. Əsl yaradıcı oxucusunun ona gərək olacağı, onun axtardığı, lakin tapa bilmədiyi yönü, yolu, idealı ona təqdim etməlidir. Bunu Elli Atayurd şerində görmək olur desəm, yəqin ki, ilk mərhələdə sizi çaşdırmış olacam. Lakin siz oxucuların oxuduğunuza yaradıcı yanaşmaq eşqiniz bunu sizə kitabı oxuyarkən göstərəcək. Şeir insana nə zaman gərək ola bilər? Əlbəttə, ona nəsə verə bilərsə! Bu günkü oxucuya gərək olan nədir? O hansı sözü eşitmək istəyir? Bu yerdə səbrsiz oxucunun nə deyəcəyini güman edirəm: Bu günün oxucusunun eşitmədiyi nəsə qalıbmı? Bu cavabınızla da haqlısınız, çünki bizə hər şey deyilib, hər şey təqdim olunub - müxtəlif biçimdə və məzmunda. Amma sözün şəkillənməsi deyilən mərhələni çoxumuz keçə bilmirik. Ona görə yox ki, bizə hər şey təqdim olunub deyə, seçə bilmirik, söz ümmanlığında çıxış yolu tapa bilmirik. Məncə, əsl səbəb bundan ibarətdir: şairlərin yazdıqlarına bərabər olmamaları, yalnız yazan zaman yazdıqları ideyanın səviyyəsinə qalxa bilmələri bizdə şeiri yol saya bilməmək halı yaradıb. Yəni, oxucu qarşısında ikili ölçü olub. Əgər şeir yol göstərəndisə, bəs, niyə şair özü ideala çatmır? Adamlar selində İnsan axtaran, İnsana tapınıb İnam yaradan, Bəşərin səhvini ona anlatan, Carçılar aranır Azərbaycanda. İnsan axtarışı, onu tapmaq eşqi şairi yola salır. Nə zaman tapacaq? Hansı məkanda tapacaq? Elli Atayurd şeirini oxuduqca beynimdən keçən ilk suallar məhz bunlar oldu. Çünki oxucunu şairin çıxdığı yoldan çox, onun əldə etmək istədiyi və əldə edib nəticə kimi oxucuya göstərdiyi daha çox maraqlandırır və qane edir. Çünki adam düşüncədə yetişdiriləndən daha çox gerçəkdə gözün gördüyünə meyilli olur. Digər bir sualsa: Niyə ona verilmişlərlə qane olmur, razılaşıb ömür karvanını sürmür?" Nədir onu olanla razı salmayan? Əlbəttə, bütün bu suallar şeir sahibinədir, onun oxucusuna yox. Çünki birinci növbədə məqsədimiz şairin kimliyini öyrənməkdən ötrü onun mənəvi dünyasına və ruhuna bələdliyimiz bu yazıda ana xətt kimi keçir. Bunu isə onun şeirləri vasitəsi ilə öyrənmək ən yaxşı vasitədir. Həm də şair öz axtarışlarını məhz şeiri ilə ortaya qoyur. Bir incəliyi də deməliyəm ki, əsl yaradıcılıq olanla razılaşmayıb, köhnəni alt-üst edib dağıtmaq və yeni nəsə ortaya qoymaqdır. Və həm də yaratdığını kamil formada ortaya çıxarmalısan ki, keçmişdə gözün qalmasın. Bəzən yaradıcının yeni yaratdığı tam olmur, çünki, orda mütləq mənada özünü ifadə edə bilmir. Bu zaman tamlıq axtarışında olan yaradıcı özü öz içində mövzunu təkrarlayır. Özünü aşkarlamaq inadı mövzu təkararı kimi oxucuya görünür, əslində yazdığı mövzuda özünü təkrarladığı ortaya çıxır. Dönə-dönə eyni mövzuda əsər yazması ilə... Səbəb bütünlüklə özünü aşkarlaya bilməməsidir. Yaradıcılıq insandan kənarda olan və ona verilən, diqtə edilən və ya bir çoxlarının dediyi kimi, nəyinsə haradansa ərmağan olunması deyil. Yaradıcılıq birmənalı şəkildə insanın özünüifadəsidir. Yaradıcının yaşadıqları və ola biləcəyi yaradıcılıq zamanı ortaya çıxır. Elli Atayurdda bütün bunlarla yanaşı, insanın olduğundan yüksəyə qalxması üçün onu öz daxili gücünə, imkanına inandırmaq cəhdi var. Və həm də bu cəhdi doğuran nədir Müəllifin öz gücünə bələdliyi ona imkan verir ki, bir düz xətt tutub onunla getsin və burda yaradıcı insanın xudbin olmaması da gerçək formada bəlli olur, onun digərlərini də öz yoluna cəlb etmək cəhdin də.Gerçəkliklə barışmamaq, olanla razılaşıb mövcud çərçivəyə özünü salmaq da yoxdur Elli Atayurd şerində. Həm də tapdığına birmənalı şəkildə "mənimkidir!" -demir. Hamının bəhrələnə biləcəyi səviyyədə nemət hesab edir, bu səbəbdən də onu dünyaya təqdim etmək cəhdindən şeir doğur. Dünya qaranlıqda, işığa həsrət. Yarada bilmədi insana heyrət, Nur edər cahanı insanla əlbətt! İnsanlıq nurlanır Azərbaycanda. Türk inam, inancın yadlara atdı, Özgəyə tapındı, özündən sapdı, Yurdunda yağılar atlar oynatdı, Ocağımdan qalan külümlə gəldim. Təbiiki, öz yolunu təyin etmək, düz xətt tutub yola çıxmaqdan ötrü ilk növbədə yaşadığın cəmiyyətdə hökm sürən "Palaza bürün, ellə sürün!" kimi fetişləşmiş düşüncəni rədd etməlisən. Bu rədd həm də adi imtina deyil, bütöv şəkildə köhnənin üstündən adlamaq, onun sənin meyarına uyğun olmadığını etiraf etmək və yenini ortaya qoymaq gərəkdir. Həm də elə bir yeni ki, tək əvvəlkini əvəzetməsin. Əvvəlkindən üstün olsun ki, keçmişdə qalana həsrət yaranmasın. Dövranla ayaqlaş deyən cahillər, Bu topal dövranla necə yol gedim? Zəmanə dostları satqın, xainlər. Qardaşı satanla necə yol gedim? Bu dünya köklənib pul para üstdə, Şöhrət qəlyanına çoxları xəstə, Bənzəmək özgəyə bir bəhsə -bəhsdə, Soyunu dananla necə yol gedim? Ərəb laylasında uyuyan millət, Qərbin havasına eylədi biyət, Özündən heç zaman etmədi söhbət, Yada yalmananla necə yol gedim? Bir yol var və həm də İNSANdan uzaqda olmayan, onun özündən başlanan yol. Elli şeirləri oxucusuna bu yolun başlanğıcını göstərir, sonu isə insanın özünə çatması ilə davam edir. O yola düşmək həyat eybəcərliyindən iyrənib, ürpənib, həyatdan imtina eşqi ilə başlanır.Yolu getmək adamın öz iradəsindən asılıdır, bu yol kimsənin diqtəsi ilə gedilməz. Mənzilə isə adamın özünü aldatmayacağı yalansız inamla çatılır.Elli şeiri yolun başlanğıcını və sonunu göstərir, qalansa, hər şey sizdən asılıdır, İRADƏLİ OXUCU! Sizin əlinizdə tutduğunuz bu kitabın sahibi Asif Atadan öyrəndi İNSANIN ÖZÜNÜ XİLAS YOLUNU. İndi o, bu yolu sizə təqdim edir.

Aprel 17, 2017 15:07