Bakıda aerobika gimnastikası üzrə dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, mayın 29-dək davam edəcək yarışda 22 ölkədən 171 gimnast birincilik uğrunda mübarizə aparacaq.Azərbaycanda son dövrlərdə inkişaf etdirilən bu növ üzrə Avropa çempionatı ilk dəfə olaraq 2019-cu ildə təşkil edilmişdi. Aerobika gimnastikası üzrə Avropa çempionatına uğurla ev sahibliyi etmiş Milli Gimnastika Arenası artıq bu dəfə dünya birinciliyi zamanı gimnastikanın ən dinamik növünün nümayəndələri üçün öz qapılarını açıb.Çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans və aerostep proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.Azərbaycanı yarışlarda Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Nurcan Cabbarlı, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayeva təmsil edəcəklər.Çempionatın ikinci günündə gimnastlar qarışıq cütlük, aerodans, qruplar üzrə və kişilər fərdi proqramda təsnifat yarışında güclərini sınayacaqlar. Həmçinin üçlük, aerostep və qadınlar arasında fərdi proqramda final yarışları təşkil olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…