Aerobika gimnastikası üzrə ölkə çempionatı davam edir

7 Dekabr 2017 14:34

Xəbər 843 dəfə oxunub

Dekabrın 7-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi, tamblinq üzrə Azərbaycan birinciliyi və Bakı çempionatının ikinci gününə start verilib.Azərtac xəbər verir ki, yarışın ikinci günündə balacalar, uşaqlar, yeniyetmələr və böyüklər yaş kateqoriyalarına daxil olan akrobatlar, 7-8, 9-11 və 12-14 yaşlı aerobika gimnastları medallar uğrunda mübarizə aparırlar.Gimnastlar qarışıq cütlüklər, kişi qrupu, kişi cütlükləri, qadın qrupları və cütlükləri halında bacarıqlarını nümayiş etdirirlər.xeber100.com