Moskvada keçirilən “Aeroflot Open 2017” şahmat turnirinin 4 turu geridə qalıb.Azərtac xəbər verir ki, festival çərçivəsində 3 turnirdə 313 şahmatçı, o cümlədən 100 qrossmeyster iştirak edir. 73-ü qrossmeyster olmaqla, 98 şahmatçının mübarizə apardığı “A” turnirində 4 turdan sonra 3,5 xal toplayan moskvalı Yevgeni Nayer liderlik edir. On beş şahmatçı, o cümlədən Azərbaycanı təmsil edən Rauf Məmmədov liderdən yarım xal geri qalır. Təmsilçimiz 4-cü turda qara fiqurlarla yerli şahmatçı Maksim Vavulin üzərində qələbə qazanıb.“B” turnirində 109 şahmatçı, o cümlədən 19 qrossmeyster iştirak edir. Dörd turdan sonra hər biri 3,5 xal toplayan Daniil Linçevski və Semyon Yelistratov (Rusiya), Valeri Kazakovski (Belarus), həmçinin Lin Çen (Çin) liderdirlər, 18 şahmatçı onlardan yarım xal geri qalır.Azərbaycanı təmsil edən beynəlxalq dərəcəli şahmat ustası Nərmin Xələfovanın aktivində 2 xal, Gülnar Məmmədovanın aktivində isə 1 xal var.Qeyd edək ki, “Aeroflot Open” şahmat festivalının əsas turniri Rusiya Kuboku yarışlarının mərhələ turniridir. Yarışın qalibi bu ilin iyulunda Almaniyanın Dortmund şəhərində keçiriləcək superturnirə vəsiqə qazanacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…