Tezliklə fantastik filmlərdə nümayiş etdirilən uçan avtomobillər reallığa çevriləcək. Belə ki, 2017-ci ildə “AeroMobil 3.0” adlı uçan avtomobil satışa çıxarılacaq. “belta.by” saytı xəbər verir ki, Slovakiya şirkəti həmin avtomobillərin istehsalını həyata keçirəcək. “AeroMobil 3.0” avtomobilinin təqdimat videosu hələ 2014-cü ildə “YouTube” videohostinqində yerləşdirilib. İndi bu çarxa baxış sayı 10 milyona bərabərdir. Bu avtomobil səmada saatda 200 kilometrədək sürət yığa biləcək. Avtomobil uçmaq üçün qanadlarını açmalı və ən azı 300 metr uçuş zolağı məsafəsində boş məkana malik olmalıdır. Gələcəyin avtomobili havada 1 saat uçmaqdan ötrü 15 litr yanacaq işlədir. “AeroMobil” uçan avtomobilinin qiyməti 200 min avro təşkil edir. Bundan başqa, belə avtomobili idarə etmək üçün yalnız sürücülük vəsiqəsi deyil, həm də pilot lisenziyası tələb olunur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…