AFFA-nın təşkilatçılığı ilə “Qol U-15” beynəlxalq turniri keçiriləcək

6 İyul 2023 15:12

Xəbər 355 dəfə oxunub

Gənclər və İdman Nazirliyinin dəstəyi, AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Qol U-15” beynəlxalq turniri keçiriləcək.

AFFA xəbər verir ki, turnirdə “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Zirə”, “Səbail”, “Qarabağ” futbol klublarının müvafiq yaş qrupundan ibarət komandaları ilə yanaşı, Qırğızıstanın “İlbirs” və Özbəkistanın “Paxtakor” komandaları iştirak edəcəklər.

İyunun 7-də start götürəcək turnirə ayın 15-də yekun vurulacaq. Oyunlar “ASK Arena”da və “ASCO Arena”da təşkil olunacaq.xeber100.com