AFFA və MFA arasında qarşılıqlı əlaqələr müzakirə olunub

8 Mart 2017 12:20

Xəbər 781 dəfə oxunub

AFFA-nın baş katibi Elxan Məmmədov martın 7-də Londonda Monteneqro Futbol Assosiasiyasının (MFA) prezidenti Deyan Saviçeviç ilə görüşüb.Azərtac xəbər verir ki, görüşdə AFFA və MFA arasında qarşılıqlı əlaqələr müzakirə olunub, fikir mübadiləsi aparılıb.Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi ilə bağlı platformasını Deyan Saviçeviçə təqdim edib.xeber100.com