Afrika Futbol Konfederasiyası komandasının heyətini açıqlayıb

9 Yanvar 2020 13:25

Xəbər 525 dəfə oxunub

Afrika Futbol Konfederasiyası 2019-cu ilin rəmzi komandasının heyətini açıqlayıb.Azərtac xəbər verir ki, siyahıda səkkiz fərqli klubun futbolçusu yer alıb.Rəmzi heyətdə qapıçı Andre Onana (“Ayaks”), müdafiəçilər Əşrəf Hakimi (“Borussiya Dortmund”), Kalidou Kulibali (“Napoli”), Joel Matip (“Liverpul”), Serge Aurier (“Tottenham”) daxil ediliblər. Yarımmüdafiəçilərdən Riyad Mahrez (“Mançester Siti”), Hakim Ziyeç (“Ayaks”), İdrissa Geye (“Paris Sen-Jermen”), hücumçulardan isə Sadio Mane, Məhəmməd Salah (“Liverpul”) və Pyer-Emerik Obameyanqın (“Arsenal”) adları siyahıya salınıblar.Ötən il Afrikanın ən yaxşı futbolçusu “Liverpul” klubunun hücumçusu Sadio Mane olub.xeber100.com