Afrika Millətlər kuboku yarışının ən yaxşı oyunçusu seçilib

7 Fevral 2022 11:46

Xəbər 461 dəfə oxunub

Seneqal millisinin hücumçusu Sadio Mane Afrika Millətlər kuboku yarışının ən yaxşı oyunçusu seçilib.Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. “Liverpul”un üzvü komandasının bütün görüşlərində iştirak edərək 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.Seneqal yığmasının qapıçısı Eduard Mendi turnirin ən yaxşı qapıçısı, Kamerun millisinin hücumçusu Vensan Abubakar 8 qolla yarışın bombardiri seçilib.Qeyd edək ki, Seneqal millisi finalda Misir komandasını məğlub edərək (4:2) tarixdə ilk dəfə Afrika Millətlər kuboku yarışının qalibi olub.xeber100.com